Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


29.12.2022  09:12 

Əməkdar artist alimlik dərəcəsi aldı - Fotolar





A+  A-

Əməkdar artist Bəyimxanım Vəliyeva Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

XəzərNews.az xəbər verir ki, B.Vəliyeva əldə etdiyi bu uğurun əsasının 2014-cü ildən qoyulduğunu bildirib: “Düz 8 il bu gün üçün zəhmət, əziyyət, gərginlik, həyəcan, yuxusuz gecələr, bəzən göz yaşları və daha nələr... Ən önəmlisi isə o idi ki, sonunda gözəl nəticə ola da bilərdi, olmaya da bilərdi. Çünki, hər müdafiənin sonu diplom almaqla nəticələnmir. Lakin, Uca Allahımın gücü, dəstəyi, köməyi ilə 8 illik əziyyətimin bəhrəsini bu gün almaq mənə qismət oldu”.

Əməkdar artist bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib: “Bu yolda mənə dəstək olan hər kəsə - ilk gündən yanımda olan həyat yoldaşıma, daha sonra Milli Konservatoriyanın rektoru, xalq artisti, professor, dəyərli insan Siyavuş Kərimiyə, Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyliyə, Milli Konservatoriyanın Elmi işlər üzrə prorektoru Lalə xanım Hüseynovaya, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə, eləcə də adlarını çəkmədiyim çox sayda mənə əziz və doğma olan insanların hər birinə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Bəyimxanım Vəliyeva ifaçılar arasında öz ixtisası üzrə ən gənc yaşda "Fəlsəfə doktoru" elmi dərəcəsi almış birinci xanəndədir.

XəzərNews.az





Xəbər 3002 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +