Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


28.06.2022  23:56 

Həyasız həmsədrlər...





A+  A-

"ATƏT-in Minsk qrupunun həmsədrləri" deyilən üç lotu 30 il azərbaycanlı məcburi köçkünlərin ümidləri ilə oynadı, keçmiş "Dağlıq Qarabağ münaqişəsi"ni həll etmək əvəzinə, prosesi daha da qəlizləşdirdi. Bir sözlə, fahişəlik etdi.

Hərəsi bir cürə fahişəlik etdi, fərqli oyunlar oynadı. Onların heç biri ədalət adına bircə addım da atmadı.

Lakin indi isə rusiyalı həmsədr Qarabağı müzakirə etməkdən nümayişkaranə surətdə imtina edir, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri ABŞ-dan olan həmsədrin Qarabağın gələcəyi ilə bağlı məsələləri müzakirə etmək təklifini qəbul etmir.

Görəsən, gün hayandan doğub?

Əcaba, Rusiyanın birdən-birə ədalətlilik "damar"ımı tutub?

Xeyr, nə ABŞ-dan, nə Fransadan, nədəki Rusiyadan ədalət gözləməyimizə dəyməz. Sadəcə olaraq Rusiya Ukraynaya qarşı apardığı "xüsusi hərbi əməliyyat"a görə ABŞ və Fransanın da təmsil olunduğu kollektiv Qərb tərəfindən olduqca sərt beynəlxalq sanksiyalara məruz qaldığı üçün qəzəbli və incikdir. Məhz bu səbəbə görə Rusiya hazırda ABŞ və Fransa ilə eyni platformada təmsil olunmaq istəmir.

Bu isə Rusiyaya əlavə manevr imkanları qazandırır, ABŞ və Fransanı prosesdən kənarda saxlamağa və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində təkbaşına moderatorluq etməyə əlverişli şərait yaradır. Yəni ki, bütün hallarda Rusiya yalnız öz maraqlarını düşünür.

Heç şübhəsiz ki, Azərbaycan da öz maraqlarını düşünür. Bu baxımdan, ABŞ-ın "ölmüş" Minsk Qrupunu yenidən "diriltmək" cəhdi bizim də maraqlarımıza ziddir.

Rəsmi Bakı hesab edir ki, həmsədr ölkələrdən hər hansı birinin 44 günlük müharibədən sonra “dəfn olunmuş” ATƏT-in Minsk Qrupunu və tarixə qovuşmuş “Qarabağ problemi”nin gələcəyi ilə bağlı hansısa mifik "məsələlər"i gündəmə gətirmək, həll etmək istəyi ümumiyyətlə, absurddur.

Bu məsələ ilə nə spekulyasiya etmək, nədəki Minsk qrupunun işinin davam edəcəyinə ümid bəsləmək olmaz. 30 illik macəralarınıza son qoymaq vaxtıdır.

Yetər artıq, Qarabağın "yaxa"sından kirli əllərinizi çəkin!

Bəybala Mirzəyev

Xəbər 3059 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +