Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


23.12.2020  19:45 

Karantin postunda koronavirus xəstələri saxlanıldı





A+  A-

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, şəhər ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan şəhər sakinləri Cavid Allahverdiyevin və Dilbər Məmiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Bundan başqa şəhərin girişində qurulmuş stasionar postda şəhər ərazisinə daxil olmaq istəyən 2 nəfər sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduqları aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Daşkəsən rayon sakinləri Əli Aqayev və Boris Rzayevin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.

Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvana qaytarılmaları təmin olunub. Faktlarla bağlı toplanmış materiallar araşdırılması üçün Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

Xəbər 3450 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +