Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


14.10.2020  10:43 

Elif Şafakın kitabları Azərbaycanda boykot edildi





A+  A-

Əslən Türkiyədən olan Böyük Britaniyanın məşhur yazarı Elif Şafak tvitterdəki 1.6 milyonluq hesabında müzakirələrə səbəb olacaq post paylaşıb.
XəzərNews.az xəbər verir ki, o, hesabında Şuşa şəhərində “dağıdılan” kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım... Dağıntılar arasında sənət, təşəkkürlər”,- şərhini yazıb.

Şafakın işğalçı Ermənistanın iddia etdiyi kimi guya sözügedən kilsənin "dağıdılmasını" yansıdan görüntünü yaymağı, eyni zamanda erməni musiqiçi haqda paylaşım etməyi birmənalı qarşılanmayıb.

Azərbaycanlı yazarlar da Şafakın “sülh paylaşımı”na etirazlarını bildiriblər, yazıçını sərt tənqid ediblər.

Həmçinin, “BookZone”, “Kitabevim.az”, “Mənbə”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıb. Bu barədə mağazalar sosial şəbəkələrdəki hesablarında məlumat yayıblar.

Xəbər 3369 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +