Milli Məclisin qarşısında yanğın -VİDEO
Durovu qonşusu zəhərləyib?
“Yaroslavnefteorqsintez“ zavodunda yanğın baş verib
Fantastik qiymətə kəmər...-FOTO
TRT-nin jurnalisti Qəzzada öldürüldü
AŞPA-da Paşinyanı şoka salan Zəngəzur sualı: Bakının planı işləyir
Gələn ay ardıcıl 4 gün iş olmayacaq
Kamran Əliyevdən Adnan Əhmədzadənin həbsi ilə bağlı... - Açıqlama
“Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır” - Prezident
İlham Əliyev İtaliya prezidenti ilə görüşdü


31.07.2020  14:27 

Sarayda qanunsuz ət kəsənlər saxlanıldılar





A+  A-

Saray qəsəbəsində qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar.
Bu barədə DİN-fən XəzərNews.az-a daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyib. Buna baxmayaraq bəzi şəxslər bu tələblərin yerinə yetirməkdən boyun qaçırmağa çalışırlar.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Saray qəsəbəsində yerləşən “Xocavənd” ət dükanında karantin qaydalarını pozaraq ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar. Tədbir zamanı Saray qəsəbəsi sakini Rafiq Quliyev və Bərdə rayon sakini Əbülfət Həşimov polisin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq qanunsuz ət kəsimi ilə məşğul olduqları üçün Polis İdarəsinə gətiriliblər.

Onlar saxlanılan zaman polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq müqavimət göstərməyə də cəhd göstəriblər. Rafiq Quliyev və Əbülfət Həşimov barəsində tərtib olunan inzibati protokola hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Qobu, Mehdiabad və digər qəsəbələrində də qanunsuz ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir".

Xəbər 3632 dəfə oxunub.




01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO

30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib


BÜTÜN XƏBƏRLƏR +