Milli Məclisin qarşısında yanğın -VİDEO
Durovu qonşusu zəhərləyib?
“Yaroslavnefteorqsintez“ zavodunda yanğın baş verib
Fantastik qiymətə kəmər...-FOTO
TRT-nin jurnalisti Qəzzada öldürüldü
AŞPA-da Paşinyanı şoka salan Zəngəzur sualı: Bakının planı işləyir
Gələn ay ardıcıl 4 gün iş olmayacaq
Kamran Əliyevdən Adnan Əhmədzadənin həbsi ilə bağlı... - Açıqlama
“Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır” - Prezident
İlham Əliyev İtaliya prezidenti ilə görüşdü


25.02.2020  16:05 

AFFA Mahir Emrelini cəzalandırdı





A+  A-

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
XəzərNews.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunda baş verənlər müzakirə olunub.

Premyer Liqanın 18-ci turunun “Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində meydan sahiblərini futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.

Premyer Liqanın 18-ci turunun “Qarabağ” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” 400 manat cərimə olunub

Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə meydan sahibləri 400 manat cərimə olunub.

Xəbər 3117 dəfə oxunub.




01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO

30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib


BÜTÜN XƏBƏRLƏR +