“Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır” - Prezident
İlham Əliyev İtaliya prezidenti ilə görüşdü
Külək güclənəcək... - Narıncı xəbərdarlıq
Polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Sərəncam
Bəhruz Əhmədova “ədliyyə general-mayoru“ rütbəsi verildi
Amerika tərəfi ilə müzakirə olunur - Zelenski
Azərbaycanla bağlı dezinformasiya yayan türk saxlanıldı
Gəldi dedi ki, ailəmi sənə tapşırıram - Tahir İmanov
Azərbaycanlı iş adamı 250 milyonluq dələduzluqda ittiham olunur
Oktyabrın ilk günü: Yağış yağacaq


11.02.2020  09:06 

Qanı toksinlərdən təmizləyən MƏHSULLAR





A+  A-

İstənilən sağlam orqanizm öz özünü təmizləməyə və bərpa etməyə qadirdir. Lakin, bəzən orqanizmə bu işdə kömək etmək də lazım olur...
XəzərNews.az xarici mətbuata istinadən bildirir ki, tibb mütəxəssisləri qanı zərərli maddələrdən ən effektiv şəkildə təmizləyən məhsulları açıqlayıb. Onlar aşağıdakılardır:

Sarımsaq. Hər kəs onu virus əleyhinə vasitə kimi istifadə etməyə öyrəşib. Lakin, bilmək lazımdır ki, o, həmçinin tərkibindəki allitsin sayəsində qan üçün də çox xeyirlidir. Allitsin ağ qan hüceyrələrinə (leykositlər) müsbət təsir göstərir. Sarımsaqdan istifadə isə insult və infarkt riskinin yaranmasından qorunmağa kömək edir. Bundan başqa, sarımsaq qandan nikotinin çıxarılmasında iştirak edir. Bu, siqaret çəkənlər üçün çox faydalıdır.

Alma. Qanın təmizlənməsi üçün ən yaxşı mövsüm meyvəsidir. O, qanı toksinlərdən azad etməkdə və enerjinin bərpasında kömək edir. Həmçinin alma soyuqdəymə və virus xəstəlikləri zamanı yardımçı olur. Almanın tərkibindəki pektin qandan ağır metalların duzlarını çıxarır, sellüloz isə piy qatlarını dağıdır. Oxşar təsirə armud da sahibdir.

Kələm. Tərəvəzin tərkibindəki A və C vitaminləri immun sisteminin gücləndirilməsinə və orqanizmin xəstəliklərdən sonra bərpa olunmasına kömək edir. Kələm yarpaqlarındakı izotiotsianatlar qandan kantseroqenlərin çıxarılmasına yardımçı olur. Tərəvəz, həmçinin mədə-bağırsaq traktı orqanlarına müsbət təsir göstərir, hansı ki, nəticədə qanın təmizlənməsinə gətirib çıxarır.

Yulaf və qoz. Faydalı lif və sellülozla zəngin məhsullar orqanizmdə yağ və kimyəvi birləşmələrin miqdarını azaltmağa kömək edir. Onlar, həmçinin qandakı “pis” xolesterinin və şəkərin səviyyəsini normallaşdırmağa qadirdir.

Xəbər 2986 dəfə oxunub.




30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +