Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


12.12.2019  17:21 

Bu sürücülər 800 manat cərimə olunacaq!





A+  A-

Xəbər verdiyimiz kimi sürücülər hərəkət zamanı radar və kameralardan yayınmaq üçün fərqli yola əl atıblar. Bəzi sürücülər xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlədir. Bu avadanlıq əsasən “Instagram”da satılır. İstər avtomobil hərəkətdə olarkən, istərsə də park edilmiş halda sadəcə bir düymə ilə avtomobilin nömrəsi anında bağlanılır. Adı keçən sosial şəbəkənin səhifələrində paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür. Paylaşılan videolar artıq bu vasitədən istifadə edənlərin olduğu da bəllidir.
Bəs sürücülər bu avadanlığın istifadəsinə görə nə qədər cərimə ödəyəcəklər?

XəzərNews.az bildirir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Sabah”a öz münasibətini bildirib. Onun sözlərinə görə, bu sürücülər 500-800 manat arası cərimə olunacaqlar:

“Bu narahatlıq doğuracaq məsələdir. Birinci dəfə mənim yadıma gəlir ki, belə vasitədən Binə Ticarət Mərkəzinin direktoru Kəbirə xanımın yaxını istifadə etdiyi üçün saxlanmışdı. Məlum olmuşdu ki, bu adam qara pərdə ilə avtomobilinin nömrəsini dəyişə bilir. Bu avadanlıq 10 il qabaq Azərbaycana gətirilib. Bunun qarşısını almaq üçün gərək vətəndaşların müraciəti ola ki, polis məlumatlı olsun. Polis ancaq maşını nömrəsiz görəndə saxlaya bilər. Amma kimsə tanışının və ya qoşusunun belə bir əməli olduğunu bilirsə, bu zaman polisə məlumat verməlidir. Belə nömrə istifadə edən şəxs bir qəza törədsə, kiməsə zərər yetirsə, o adamı heç kim tapa bilməyəcək. Buna görə cəmiyyətin özünün də bir mübarizə üsulu olmalıdır. Bu hallar konkret inzibati xətalar məcəlləsində qadağan olunan əməllərdir. Əgər avtomobildə belə birşey varsa, sürücü 500-800 manat arası cərimə oluna bilər. Quraşdırılan avadanlıq isə müsadirə olunur. Sürücülər şəhəriçi hərəkət edirlərsə, belə bir şeyə əl atmırlar. Lakin magistral yollara çıxdıqda belə avadanlıqlardan istifadə edirlər. Çox təəssüflər olsun ki, bunu cavanlar dəb üçün etsələr də, bəzi məmurların xidməti avtomobillərində də bu cür vasitələrə əl atırlar”.

Ekspert bildirib ki, bu tip avadanlıqların satışı ilə məşğul olan satıcıların üzərinə isə heç bir məsuliyyət düşmür.

Xəbər 2922 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +