Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


11.05.2018  08:56 

Novbəti Formula 1 nə vaxt olacaq?





A+  A-

Formula 1 Azərbaycan Qran Prisinin növbəti dəfə hansı tarixdə keçirilməsi ilə bağlı danışıqlar aparılacaq.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, Formula 1 rəhbərliyi ilə bununla bağlı danışıqlar aparılacaq: “Biz istəyirik ki, iyun ayında keçirilsin, lakin bununla bağlı hələlik dəqiq qərar verilməyib. Bir şey bəllidir ki, gələn il mütləq olaraq Qran Pri keçiriləcək, sadəcə onun tarixi hələ məlum deyil, danışıqlar nəticəsində müəyyən olunacaq”.

Şöbə rəhbəri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Formula 1 Azərbaycan Qran Prisi bu il aprel ayına keçirilmişdi: “100 illiklə bağlı Azadlıq meydanında tədbirlər keçiriləcək və ona görə Pit binası sökülməli idi. Başqa tədbirlərə mane olmamaq üçün biz təklif etdik ki, bu il Formula 1 aprel ayında keçirilsin, amma növbəti il iyun ayında keçirmək istəyirik”.

Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçirilib. "Mercedes" komandasının pilotu Lyuis Hemilton Qran Prinin qalibi olub.

Xəbər 3523 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +