Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar
Kommunikasiyaların vacibliyini bir daha təsdiqlədik - Paşinyan
“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video


20.06.2017  10:08 

Şəbnəmin əri ilə bağlı yeni yalanı - “Ailəli deyil, boşanıb...”





A+  A-

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) “5/5” verilişinin qonağı olub. Sənətçi canlı efirdə tamaşaçıların Zaur Kamala yazdığı sualları cavablandırıb.
XəzərNews.az-ın məlumatına görə, müğənni şəxsi həyatının müzakirə olunmasından narahat olduğunu dilə gətirib. Şəbnəm deyib ki, mətbuatda ona qarşı qara piar aparılır:

“Heç kəs məni sevməyə məcbur deyil. Mən ailə qurandan son 9 ay ərzində mənim üstümə çox gəldilər. Səbəb isə ailəmi gizlətməyim oldu. Mən gizlətmədim, sadəcə ərim efirdə görünməyi sevmir. O müğənni, idmançı deyil ki, efirə çıxsın. Məni 100 nəfər sevirdisə, onun 20 nəfərini mətbuat mənə nifrət etdirdi. İnsanları qınamıram, nə oxuyurlarsa, ona inanırlar.

Mənim keçmiş həyat yoldaşım keçmişimdə qalıb. Mən artıq xoşbəxtəm, ailə qurmuşam. Tək Azərbaycanda ikinci dəfə ailə quran müğənni mənəm? Sadəcə olaraq sifarişli yazılardır. Hamısı paxıllıqdan irəli gəlir. Yazılanların heç birinə inanmasınlar”.

İfaçı daha əvvəl müsahibələrində söylədiyi fikirləri təkizb edən açıqlama verib. Əsədova qeyd edib ki, həyat yoldaşı onunla evlənməmişdən iki il əvvəl boşanıb:

“İnstaqramda yazırlar ki, bəlkə əriniz ailəlidir deyə üzə çıxarmırsız? Burdan demək istəyirəm ki, həyat yoldaşım mənlə tanış olmamışdan iki il əvvəl ayrılıb. Bəli, övladlarına baxır, onları mən də çox istəyirəm. Boşanmış biridir, nikahımız olmamışdı. Çünki Rusiya vətəndaşı idi. Vətəndaşlıqdan çıxdı, nikah bağladıq. İnsanlar narahat olmasınlar. Ərim ailəli deyil, boşanmış biridir”.

Xatırladaq ki, müğənni lent.az-a müsahibəsində ərinin hələ də evli olduğunu bildirmişdi:

“Onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinci ailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram. Sadəcə, molla nikahında ailəliyik. Bu evlilikdən uşağımız olacaq.

Bunu onun ailəsi də bilir. Münasibətlərimiz yaxşıdır. Qayınatam, qayınanam, qayınlarım, baldızım da bizə gəlib-gedirlər. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir”.

Xəbər 3700 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +