“Əli və Nino” kitab sərgisini niyə tərk etdi? - Qalmaqal
Zirvənin zarafatı: Əliyev, Makron və Edi Rama...
İrandan Azərbaycana 15 kiloqram narkotik keçirmək istədilər
Elm və Təhsil Nazirliyində yarpaq tökümü...
Sabah 24 dərəcə isti gözlənilir
Rusiya ordusu Ukrayna PUA-larını məhv edib
Azərbaycanda maaş sistemi yaradılır - Məmurların maaşı kəskin artacaq?
Gömrük Komitəsinin daha iki əməkdaşı həbs edildi
İlham Əliyev Paşinyanla görüşdü - Kopenhagendə -VİDEO
Bakıda sahibkar 12 yaşlı oğlana təcavüz edib


14.08.2025  12:39 

Bu şəxslərə pensiya verilməsi dayandırılacaq





A+  A-

Azərbaycanda vətəndaşlara təyin olunmuş əmək pensiyalarının yalnız müəyyən hallarda dayandırılması və ya ləğv edilməsi mümkündür. Bu, əsasən pensiya təyinatı zamanı qanunvericiliyin tələblərinin pozulması aşkarlandıqda həyata keçirilir.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulduğu halda bu ödənişlərin dayandırılması mümkündür:

“Ölkədə əmək pensiyalarının üç əsas növü mövcuddur: yaşa görə, əlilliyə görə və valideynlərini itirməyə görə əmək pensiyası. Yaşa görə əmək pensiyası alan şəxslərin ödənişləri ləğv edilmir, yalnız qanun pozuntusu aşkarlandığı hallarda artıq ödənilmiş məbləğlər geri qaytarılır.

Əlilliyə və valideynlərini itirməyə görə təyin olunan pensiyalar isə qanunvericiliyə uyğun olaraq tənzimlənir. Əgər pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulubsa, bu ödənişlərin dayandırılması mümkündür”, - deyə o bildirib.

Millət vəkili həmçinin vurğulayıb ki, pensiya sisteminin şəffaflığı və qanunvericiliyə uyğunluğunun təmin olunması üçün müvafiq yoxlamalar mütəmadi olaraq aparılır.

Xəbər 1078 dəfə oxunub.




02.10.2025  12:44 

Sabah 24 dərəcə isti gözlənilir

02.10.2025  09:35 

ABŞ-dan Ukraynaya DƏSTƏK

01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0


BÜTÜN XƏBƏRLƏR +