“Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır” - Prezident
İlham Əliyev İtaliya prezidenti ilə görüşdü
Külək güclənəcək... - Narıncı xəbərdarlıq
Polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Sərəncam
Bəhruz Əhmədova “ədliyyə general-mayoru“ rütbəsi verildi
Amerika tərəfi ilə müzakirə olunur - Zelenski
Azərbaycanla bağlı dezinformasiya yayan türk saxlanıldı
Gəldi dedi ki, ailəmi sənə tapşırıram - Tahir İmanov
Azərbaycanlı iş adamı 250 milyonluq dələduzluqda ittiham olunur
Oktyabrın ilk günü: Yağış yağacaq


13.08.2025  10:49 

Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2025-ci il avqustun 13-dən 18-dək ixtisaslaşma seçimi elan edir.

XəzərNews.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, boş qalan plan yerlərinə qəbul 16 fevral və 11 may 2025-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrın müəyyən olunmuş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 18 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Jurnalı DİM-in əsas inzibati binasından, "Abituriyent" satış məntəqəsindən, həmçinin kitab mağazalarından almaq, abiturient.az saytından sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını isə (pdf formatda) abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Xəbər 690 dəfə oxunub.




30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +