Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


13.02.2025  13:09 

UNESCO ensklopediyası hazırlanır





A+  A-

Zəngin mədəni irsi olan Azərbaycan xalqı dünya mədəniyyəti xəzinəsinə bir çox tövhələr vermişdir. Mədəni irsimizin təbliği və qorunmasında beynəlxalq mədəniyyət təşkilatları və digər platformalar mühüm rol oynayır. Bu təşkilatlar arasında UNESCO-nun da özünəməxsus yeri var. Xarici siyasətmizin vacib tərkib hissəsi olan mədəniyyət diplomatiyasının formalaşmasında bu platformanın xüsusi əhəmiyyəti vardır.

Bu il dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO-nun yaradılmasında 80 il keçir. Bu əlamətdar yubiley münasibəti ilə Azərbaycanda UNESCO ensiklopediyası hazırlanır. Bu barədə layihə rəhbərləri ADPU-nin UNESCO klubunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və qeyri-maddi mədəni irsin hüquqi qourunması üzrə tədqiqatçı, hüquqşünas Səməd Vəkilov məlumat verib. Məlumata əsasən UNESCO ensiklopediyasının hazırlanmasında Azərbaycanın müxtəlif elm sahələrində çalışan alimlərin və ziyalılardan ibarət redaksiya heyəti iştirak etmişdir.

Sözügedən ensiklopediya sahəvi ensiklopediyalar kateqoriyasına aiddir. Sözügedən ensiklopediya da UNESCO-nun yardılması, qanunvericilik bazası, quruma rəhbərlik etmiş şəxslər, Xoşməramlı səfir olmuş Mehriban Xanım Əliyevanın fəaliyyəti, Ümumidünya Maddi-mədəni İrsi, Qeyri-maddi mədəni irs, Dünya Sənət irsi, Yardıcı şəhərlər şəbəkəsi, Öyrənən şəhərlər şəbəkəsi, İlkin siyahıda olan namizəd şəhərlər, Beynəlxalq Konvensiyalar, rəsmi sənədlər, Azərbaycan-UNESCO əlqələri və.s bölmələr yer almışdır. Ensiklopediyanın hazırlanmasında AMEA-nın ixtisaslaşmış institutları və Prezident Kitabxanası ilə əməkdaşlıq edilmişdir.

Qeyd edək ki, Qərbi Azərbaycan ərazisində milli mədəniyyətimizin bir parçası olan tarixi abidələrimizin məhv edilməsi və saxtalaşdırılması ilə bağlı ictimaiyyət tərəfindən adıçəkilən quruma bir neçə dəfə kütləvi müraciətlər göndərilsə də onlar adekvat reaksiya verməmişdir. Hər bir xalqın hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq mədəni irsinin saxtalaşdırılması və məhv edilməsinin qarşısının alınması hüququ Beynəlxalq Konvensiyalarda təsbit edilmişdir.

UNESCO platformasının daha yaxşı öyrənilməsi, mədəni irsimizin qorunması mexanizmlərinin funksionallığının təmin olunmasında hazırlanmış ensiklopediya müsbət rol oynayacaqdır. Qeyd edək ki, ensiklopediya yaxın vaxtlarda işıq üzü görəcək.

Xəbər 4331 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +