Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


18.06.2022  09:36 

Gömrükdə alınan RÜŞVƏT iddiasına - AÇIQLAMA





A+  A-

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində özünü Türkiyə Respublikasının vətəndaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən çəkilən və ölkəmizin gömrük orqanlarına qarşı əsassız iddiaların yer aldığı video yayımlanıb.

Videoda həmin şəxslər gömrük-sərhəd keçid məntəqələrindən birində onlardan qanunsuz ödənişlərin tələb olunduğunu və alınan vəsaitə görə qəbz verilmədiyini iddia edirlər.

XəzərNews.az xəbər verir ki, məsələyə Dövlət Gömrük Komitəsindən münasibət bildirilib:

“Komitənin aidiyyəti qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı müəyyən olunub ki, həmin video Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisində qeydə alınıb. Lakin videonun qeydə alındığı və həmin şəxslərin ödəməni həyata keçirdiyi məkan limanın giriş qapısında, gömrük zonasının xaricindədir. Yəni hadisə gömrük zonasından kənarda baş verib. Onların ödədiklərini iddia etdikləri vəsaitlərin gömrük orqanlarına aidiyyəti yoxdur. Belə ki, limanda perron, körpü, gəmi və parklanma üçün göstərilən xidmətlərə görə alınan vəsait gömrük orqanlarının səlahiyyətinə aid deyil.

Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma nəticəsində ölkə ərazisinə giriş-çıxış zamanı həmin şəxslərdən hər hansı gömrük ödənişlərinin alınmadığı müəyyən edilib. Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə sərhədkeçmə proseslərində motosikletlərdən, ümumiyyətlə hər hansı ödəniş tələb olunmur”.

Xəbər 3032 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +