Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


17.09.2021  21:15 

Vakansiya seçiminin nəticələri açıqlandı





A+  A-

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, vakansiya seçimi mərhələsində iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Cari vakansiya seçimlərində 871 namizəd vakant yer tutaraq ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb. Qeyd olunan namizədlər 21 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.

Qeyd edək ki, müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin növbəti mərhələdə tədris ili ərzində yaranan vakant yerlərə namizədlərin imtahan nəticəsi və yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

Xəbər 3903 dəfə oxunub.




22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +