Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


06.05.2021  12:47 

İntihar edən zabitlə bağlı rəsmi məlumat





A+  A-

Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçusu, leytenant Rüfət Nəbizadənin ölümü ilə bağlı məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, rəsmi məlumata görə, Rüfət Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib.

"Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

Çox təəssüf ki, R.Nəbizadə ötən gün dünyasını dəyişib",-deyə rəsmi məlumatda qeyd olunub.

Qeyd edək ki, Rüfət Ağayar oğlu Nəbizadə srağa gün intihar edib. Ailəsinin verdiyi məlumata görə, hərbçi döyüşlər vaxtı aldığı kontuziyadan əziyyət çəkirmiş. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub.

Mərhum 2019-cu ildə xaricdə xüsusi təyinatlı kursu bitirmişdi.

Xəbər 3993 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +