Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


29.02.2020  12:15 

Koronavirusa tutulan xəstə ilə bağlı - Rəsmi açıqlama





A+  A-

Koronavirus təhlükəsinə görə yaradılan Operativ Qərargah daha bir məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, koronavirusa yoluxanların sayında artım yoxdur:

"Dünən də qeyd etdiyimiz kimi, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir. Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq.

Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

Qeyd edək ki, Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktı dünən qeydə alınıb. 1997-ci il təvəllüdlü xəstə xüsusi boks vəziyyətində saxlanılır.

Xəbər 3130 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +