“Music Gallery” müştəriləri belə aldadır
Şahin Mustafayev Təbriz və Culfada səfərdə olub
Yelena Zelenska Melaniya Trampla görüşüb
Ukrayna Rusiya neft emalı zavodunu vurdu
Sabahın havası açıqlandı: Buludlu olacaq
İlhamə Elşadqızına hökm oxundu
Şagird və xadiməni döyən müavin necə cəzalandı?
Vasif Talıbovun 8.6 milyona aldığı otel görün kimindi?
Dənizçilərin sənədləri saxtalaşdırılıb?
Müəllimlər Günü ilə bağlı XƏBƏRDARLIQ


01.05.2018  16:34 

“Süründürməçilik və süni maneələr aradan qaldırılacaq”





A+  A-

“Əlilliyin qiymətləndirilməsində şəffaflıq artırılacaq, süründürməçilik, süni maneələr aradan qaldırılacaq və reabilitasiya tədbirləri gücləndiriləcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupunun bugünkü iclasında deyib.

Nazir bildirib ki, əlilliyi olan vətəndaşlara dövlətin qayğısının daim artırılması ilə yanaşı, əlillik qruplarının təyin olunmasında tam şəffaf mühitin formalaşdırılması, müvafiq xidmət sektorunda vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması üçün əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi də diqqətdə saxlanılacaq. Nazirlikdə müvafiq işçi qrupunun yaradılması da bu məqsədə xidmət edir:

“Belə ki, işçi qrupu əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə iş aparacaq. İşçi qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişikliklər edilməsi barədə təklifləri hazırlamalıdır. Eləcə də dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlərin TSERAS-a ötürülmədən öncə Səhiyyə Nazirliyinin müvafiq məlumat bazaları ilə qarşılaşdırılması mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron məlumat mübadiləsinə dair sazişə əlavələr edilməsi, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsi barədə təkliflər də işçi qrupu tərəfindən hazırlanmalıdır”.

S.Babayev bütün qeyd edilən təkliflərin 1 ay müddətində hazırlanaraq təqdim edilməli olduğunu vurğulayıb

Xəbər 2985 dəfə oxunub.



24.09.2025  13:00 

İlhamə Elşadqızına hökm oxundu

24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +