Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək
Sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian
Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti
Diaspor Komitəsinin səsini eşitməmişəm – Səfər Alışarlı
Görüşləri bir saat yarım davam edib


10.04.2023  13:28 

Ağaclar, bizdən intiqam alın!





A+  A-

Xırdalan dairəsinin şəhərə tərəf istiqamətində köhnə və xudmani bir park vardı, yadımdadır, vaxtilə köhnə sevgilimlə orada görüşürdük, hətta adam olmayanda öpüşmüşdük də...

İndi oranı hasarlayıb nəsə böyük tikinti aparırlar, yəqin supermarketdir və məlumdur, üstəlik də qarşısına bir şəhidimizin dəmirdən səliqəsiz portretini yerə sancıblar.

Bir qədər irəlidə isə, ekologiya polisinin arxasından başlayaraq əla bir şamlıq var, hərdən gecələr ordan keçəndə, ağacların ortasında tüstü və alov görürəm.

Ceyranbatan su anbrından üzü şəhərə doğranaraq binalar tikilən son eko-şamlıqları kədərlə xatırlayıram.

Ağaclar, bizdən intiqam alın...

Sumqayıtdan Xırdalana gələndə, Ceyranbatan su anbrından üzü şəhərə tərəfdə doğranaraq yerində binalar tikilən sonuncu eko-şamlıqları kədərlə xatırlayıram.

Ağaclar, bizdən intiqam alın!

Dövlət Xocahəsəndəki Yasamal dağlarında çox gərəkli eko-layihə həyata keçirir, meşəliklər salınıb, məncə, gölün təmizlənməsinə ehtiyac var.

Ağaclar daha çox trass qırağında havanı filtirə etməli, təmizləməli, qazın, tüstünün, səs-küyün qarşısını almalı, asfaltı qorumalıdır. Köhnə ağacları qırmağın və təzə yaşıllıq salıb, sonra susuzluq və baxımsızlıqdan ağacları qurutmağın fəlsəfəsini anlamıram...

Aydın Xan
Yazıçı-kulturoloq


Xəbər 2706 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +