Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı


13.08.2025  09:26 

İsrail qoşunları Suriyaya girdi





A+  A-

İsrail ordusunun mexanikləşdirilmiş bölmələri Suriyanın Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq 5 yaşayış məntəqəsində "təmizlik işləri" həyata keçirib.

XəzərNews.az xəbər verir ki, bu barədə “Al-Ixhbariya” telekanalı məlumat yayıb.

Şimal bölgəsində işğalçı qüvvələr Tərancda avqustun 12-də xüsusi əməliyyat keçiriblər. Oradan patrullardan biri Xodr şəhərinə doğru hərəkətini davam etdirib.

Əyalətin cənub hissəsində müvəqqəti nəzarət-buraxılış məntəqələrinin qurulduğu Tell-Əhmar təpəsi və Əl-Əsbah kəndi yaxınlığında İsrail hərbçiləri qeydə alınıb. Mərkəzi hissədə İsrail hərbçiləri Kidna kəndini işğal edərək, sakinlərin evlərindən çıxmalarını qadağan edib.

Xatırladaq ki, avqustun 10-da İsrailin 5 zirehli texnikasından ibarət kolon işğal altında olan Holan yüksəklikləri ilə sərhəddə yerləşən Ər-Rafid şəhərinə daxil olub. Digər kolon əyalətin mərkəzində, Dəməşqdən 70 km məsafədə yerləşən Ruveyhina qəsəbəsinə doğru irəliləyib.

Bundan əvvəl iyulun 26-da Parisdə ABŞ-nin vasitəçiliyi ilə Suriya və İsrail nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Dəməşqdəki diplomatik mənbənin bildirdiyinə görə, tərəflər 1974-cü ildən İsrail və Suriya qüvvələrinin Holan yüksəkliklərindən çıxarılmasına dair razılaşmanın bərpasının mümkünlüyünü müzakirə ediblər. Onun sözlərinə görə, Suriya tərəfi İsrail qoşunlarının bu yaxınlarda irəlilədikləri mövqelərdən dərhal çıxarılması tələbini irəli sürüb.

Xəbər 429 dəfə oxunub.




14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +