Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


19.01.2023  15:09 

Agentliyin kollektivi və QHT-lər Şəhidlər xiyabanında - Foto





A+  A-

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi və 300-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin kollektivi, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.

Daha sonra “Əbədi məşəl” abidəsi önündə Qeyri – hökumət təşkilatları adından dünya ictimaiyyətinə BƏYANAT səsləndirilib. Səsləndirilən bəyanatda bildirilir ki, “20 Yanvar faciəsinin insanlıq əleyhinə cinayət kimi tövsif olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərincə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməyib.

Biz – Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq tribunalarda səsləndirilməsi və eləcə də bu hadisəyə ədalətli hüquqi qiymət verilməsi üçün bütün səylərimizi birləşdirməliyik.

Biz, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları 20 Yanvar hadisələri ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması məqsədilə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq.”

Bəyanat sosial mediada geniş yayılıb, beynəlxalq təşkilatlara göndərilib.







Xəbər 2801 dəfə oxunub.




26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +