Azərbaycanda maaş sistemi yaradılır - Məmurların maaşı kəskin artacaq?
Gömrük Komitəsinin daha iki əməkdaşı həbs edildi
İlham Əliyev Paşinyanla görüşdü - Kopenhagendə -VİDEO
Bakıda sahibkar 12 yaşlı oğlana təcavüz edib
ABŞ-dan Ukraynaya DƏSTƏK
Xəzərdə azalmalar müşahidə olunur -VİDEO
ABŞ İrana sanksiyalar tətbiq edir?
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ
Prezident “Qarabağ“ı təbrik edib -FOTO
“Qarabağ” qalib gəldi: 2:0


07.02.2024  21:13 

Azərbaycan vətəndaşları üçün tarixi və əhəmiyyətli gündür -Arçil Talakvadze





A+  A-

Bu gün Azərbaycan vətəndaşları üçün tarixi və əhəmiyyətli gündür.

Xəzərnews.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze mətbuat konfransında deyib.

O vurğulayıb ki, bu gün həmkarları birlikdə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə ediblər:

"Hər şeydən əvvəl qonaqpərvərliyə görə təşəkkür edirik. Seçki məntəqələrində olan ab-hava çox yaxşı idi. Seçicilər sərbəst səs verirdilər. Media nümayəndələri işlərini lazımi qaydada icra etdilər. Yüksək fəallıq müşahidə edildi. Seçicilər seçki hüququndan yüksək səviyyədə istifadə edirdilər. Seçki prosesində çox effektiv və səmərəli iş həyata keçirilib".

"Seçicilər də söyləyib ki, onlar tarixi gün yaşayıblar. Uzun müddətdən sonra bütöv Azərbaycan ərazisində vətəndaşlar seçki hüququndan istifadə etdilər. Bunun özü də tarixi hadisədir. Azərbaycan daha da inkişaf edəcək", - A.Talakvadze vurğulayıb.


Xəbər 3228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.10.2025  09:35 

ABŞ-dan Ukraynaya DƏSTƏK

01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0


BÜTÜN XƏBƏRLƏR +