TRT-nin jurnalisti Qəzzada öldürüldü
AŞPA-da Paşinyanı şoka salan Zəngəzur sualı: Bakının planı işləyir
Gələn ay ardıcıl 4 gün iş olmayacaq
Kamran Əliyevdən Adnan Əhmədzadənin həbsi ilə bağlı... - Açıqlama
“Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır” - Prezident
İlham Əliyev İtaliya prezidenti ilə görüşdü
Külək güclənəcək... - Narıncı xəbərdarlıq
Polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Sərəncam
Bəhruz Əhmədova “ədliyyə general-mayoru“ rütbəsi verildi
Amerika tərəfi ilə müzakirə olunur - Zelenski


26.10.2023  23:42 

Fransa Azərbaycana qarşı qərəzlidir... - Ayxan Hacızadə





A+  A-

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistanda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xəzərnews.az xəbər verir ki, XİN-in sözçüsü bununla əlaqədar sualları cavablandırıb.

Fransanın mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Bu fikirləri necə şərh edərdiniz?

- Sözügedən səfər və Azərbaycanın Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və qərəzinin nümunəsidir.

Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur.

Azərbaycanın antiterror tədbirlərindən sonra mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialar əsassızdır və bu, BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən də təsdiqlənib.

Təəssüflər olsun ki, Fransa nə keçmiş Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi, nə də UNESCO çərçivəsində nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə dağıdılmasından narahatlığını ifadə etməyib.

Bundan başqa, məhz Azərbaycan 30 ilə yaxındır ki, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə bağlı qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışları ilə beynəlxalq təşkilatlara israrla müraciət edib. Təəssüf ki, bu Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib.

Azərbaycan ərazisində yerləşən mədəni irs mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini təcəssüm etdirir.

Bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq.



Xəbər 3451 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +