Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


13.07.2023  18:18 

İsrailin müdafiə naziri DSX-da - Foto





A+  A-

İyul ayının 13-də ölkəmizdə rəsmi səfərdə olan İsrail dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

XəzərNews.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası və İsrail Dövləti arasında qarşılıqlı faydalı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması vurğulanıb, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müzakirə zamanı qurumlar arasında birgə əməkdaşlıq fəaliyyətlərinə nəzər salınıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolu vurğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Xəbər 2794 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +