Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


01.06.2021  13:43 

Türkiyəyə bu şərtlərlə səyahət etmək olar





A+  A-

Koronavirusla mübarizə tədbirləri çərçivəsində, 1 iyun tarixindən etibarən hava yolu ilə Türkiyəyə giriş üçün yeni qaydalar müəyyən edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.

Yeni qaydalara görə, qeyd olunan ölkələrdən gələn və ya son 14 gün ərzində bu ölkələrdə olmuş şəxslər Türkiyəyə daxil olarkan son 72 saat ərzində alınmış mənfi koronavirus test nəticələrini təqdim etməlidirlər: Braziliya, CAR, Əfqanıstan, Banqladeş, Hindistan, Nepal, Pakistan, Şri Lanka.

Bununla yanaşı sözügedən ölkələrdən gələn şəxslər yerli rəhbərliklər tərəfindən təyin ediləcək yerlərdə 14 günlük karantinə alınacaq.

Bu ölkələrdən gələnlər istisna olmaqla, Türkiyəyə daxil olan bütün əcnəbilərdən hava limanında PCR testindən keçmələri tələb olunacaq. Bu çərçivədə test nümunələri götürüldükdən sonra gələn sərnişinlərin son təyinat yerinə getməsinə icazə veriləcək və test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin “COVID-19” təlimatına uyğun olaraq müalicə alacaqlar.

Həmçinin bu 8 dövlət xaricində Türkiyəyə gələn turistlər, ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair müvafiq ölkənin rəsmi qurumları tərəfindən verilmiş sənəd təqdim etdikləri halda həmin şəxslərdən PCR test nəticəsi tələb olunmayacaq.



Xəbər 3766 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +