Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


29.01.2018  12:57 

Gülər Əhmədovanın vəkili dələduzluqda ittiham olunur





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az Virtualaz.org-a istininadən xəbər verir ki, vəkil Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaş Mehman Səmədovun 22 min 900 manat pulunu dələduzluq yolu ilə keçirməkdə təqsirləndirilib.

İttihama görə, Ə.Talıbov 2011-ci ilin mart ayında tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olmasını, yalandan satmasını bildirib və müştəri tapmasını xahiş edib. X.Hətəmov ona M.Səmədovun mənzili almaq istədiyini deyib.

“Kamran” MTK-ya hüquqi yardım göstərən Ə.Talıbov adıçəkilən MMC-nin təsisçisi Tofiq Babayevdən guya Mehman Səmədova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə “Kamran” MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını xahiş edib. Borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib.

Y.Talıbov ilkin olaraq M.Səmədovdan 9 min manat, daha sonra isə 13 min 900 manat pul alıb.

Məhkəmə zamanı təqsirləndirilən və zərərçəkmiş arasında barışıq ələd olunub. M.Səmədov ifadəsində vəkilə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Məhkəmənin qərarı ilə Ə.Talıbovun barəsində 5 il cəza təyin olunub. Ona təyin olunmuş cəza2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını tələb edib. Apellyasiya protestinə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Xəbər 2835 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +