Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


23.09.2017  13:54 

Valideynlərini öldürən şəxs meşədə gizlənir





A+  A-

Gədəbəyin Qurudərə kəndində yaşlı valideyinlərini bıçaqlayaraq öldürən Şöhrət Məsimovun meşədə gizləndiyi təxmin edilir.
XəzərNews.az xəbər verir ki, bu barədə "Sputnik"ə hüquq-mühafizə orqanlarındanb deyiblər. Həmin şəxsin 2000-ci illərin əvvəllərində Rusiyada daha bir qətl törətdiyi üzə çıxıb. Hazırda Gədəbəy Rayon Polis İdarəsinin əməliyyatçıları Qurudərə kəndi ətrafındakı meşələrdə qatili axtarırlar.

Xəbər verildiyi kimi sentyabrın 21-də Məsimov evdə atası, 1931-ci il təvəllüdlü Mikayıl Məsimovu sinəsindən iki bıçaq vurmaqla öldürüb. Daha sonra anası, 1938-ci il təvəllüdlü Ayna Məsimovanı bıçaqlayıb. Məlumata görə, yaşlı qadın ərinin öldürüldüyünü görəndə həyətə qaçıb canını qurtarmağa çalışıb, ancaq oğlu onu həyətdə haqlayaraq kürəyindən bıçaqla vuraraq öldürüb. Daha sonra hadisə yerindən qaçaraq gizlənib.

Qonşuların bildirdiyinə görə oğulla valideynləri arasında münaqişə Şöhrət Məsimovun bacısına görə yaranıb. Onun bacısı kənddə valideynlərindən ayrı yaşayır və atasının evinə qayıtmaq istəyirdi. Məsimov isə bununla razı deyilmiş və valideynləri qızı ata evinə geri qaytarmağa razılaşdıqlarına görə onları öldürüb. Qonşular Məsimovla valideyinləri arasında bu məsələ ilə bağlı mübahisənin şahidi olublar və ehtimal edirlər ki, qətlin motivi məhz həmin münaqişədir.

İstintaq orqanlaır isə müəyyən ediblər ki, Şöhrət Məsimov bundan əvvəl də qətl törədib. O, 2000-ci illərin əvvəllərində Rusiyada adam öldürüb və bu cinayətə görə məsuliyətə cəlb olunmayıb.

Azərbaycana qaçaraq burada yaşamağa başlayıb. Rusiya hüquq-mühafizə orqanları isə Məsimovun törətdiyi qətllə bağlı Azərbaycan tərəfinə sənədləri təqdim etməyib.

Xəbər 2648 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +