Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


09.07.2025  13:55 

“Mado”nun “Gənclik Mall” filialında yeməyin içindən... - Foto





A+  A-

Bakıda “Mado” restoranlar şəbəkəsində uşağı üçün yemək sifariş verən valideynin başına iş gəlib.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədəki “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edən vətəndaşın sözlərinə görə, övladına məhz uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb. Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağabənzər hissəcik çıxıb.

Şikayətçi hadisənin adıçəkilən restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında baş verdiyini əlavə edib: “Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik qızıma uşaqlar üçün nəzərdə tutulan hamburqer sifariş etmişik. İçindən çıxana baxın”.

İddialarla əlaqədar “Mado” ilə əlaqə saxlanılsa da, sorğuya yalnız yazılı şəkildə cavab verə biləcəklərini deyiblər. Yazılı müraciətimizə isə hələ də cavab almaq mümkün olmayıb.

Bəs restoranda belə bir hal necə mümkün olub? Verilən qidaların keyfiyyətinə nəzarət olunmurmu?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə mövzu ilə əlaqədar olaraq bildirilib ki, hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır:

“Qeyd olunan məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən nəzarətə götürülüb. Müvafiq araşdırmalar aparılır. Xahiş edirik ki, qida sahəsində bu cür neqativ hallarla rastlaşan istehlakçılar agentliyin 1003 qaynar xəttinə və ya e-qidam mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırma və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.




Xəbər 1593 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +