Xırdalanda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı - Açıqlama+VİDEO
Ermənistanda meşə YANIR
Rusiya ordusu Ukrayna limanına zərbələr endirdi
Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski
Trampdan konspirasiya nəzəriyyəçilərini coşduran paylaşım - Nə demək istədi?
Rusiya ordusu Xersonu vurdu: Ölən və yaralananlar var
Çin Əliyev və Putini bu cür qarşıladı, fərq diqqət çəkdi - Video
Rusiyada güclü yanğın
Ərdoğan Si Cinpinlə görüşdü
Azərbaycanlı iş adamı ən böyük mağazalarını itirdi


14.11.2017  16:46 

“Rusiya ilə Türkiyənin hazırki əməkdaşlığı onlara qarşı yönəlməyib“ - DADP sədri





A+  A-

“Son vaxtlar Türkiyə-Rusiya əməkdaşlığının genişlənməsini nədənsə, bir çoxları Qərbə və digər xarici qüvvələrə qarşı yönəlmiş addım kimi dəyərləndirirlər. Hətta bəziləri bir qədər də irəli gedərək belə bir öncəgörmə ilə çıxış edirlər ki, guya Rusiya-Türkiyə yaxınlaşması Türkiyəyə düşmən olan qüvvələri, xüsusən də ABŞ-ı və İsraili hərəkətə gətirəcək və bu dövlətlər sözügedən yaxınlaşmanın qarşısını kəsmək üçün hansısa süni əngəllər yaratmağa başlayacaqlar. Xeyr, bütün bunlar hamısı boş və əsassız fikirlər və yersiz təlaşlardır”.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin dünənki görüş və anlaşmalarından sonra bu iki ölkəyə qarşı üçüncü qüvvələr tərəfindən heç bir fövqəladə təzyiqlər olmayacaq və təxribatlar da baş verməyəcək: “Çünki hamı, o cümlədən, ABŞ və İsrail liderləri , AB ölkələrinin rəhbərləri də yaxşı başa düşürlər ki, Rusiya ilə Türkiyənin hazırki əməkdaşlıq və iş birliyi ABŞ-a və digər ölkələrə qarşı yönəlməyib. Ortada sadəcə və sadəcə sırf iqtisadi və siyasi maraqlar var”.
Onun sözlərinə görə, ABŞ, İsrail və Avropa ölkələri kimi eynilə Rusiya və Türkiyə də ilk növbədə öz iqtisadi-siyasi maraqlarını düşünürlər. Və bu maraqlar bu gün Rusiya və Türkiyəni öz münasibətlərini əvvəlkindən də biraz daha artıq sıxlaşdırmağa sövq edirsə, bunda qeyri-adi və başqa ölkələr üçün təhlükəli nəsə axtarmaq lazım deyil: “ Bu, "soyuq müharibə" dövrünün təfəkkürüdür və bu təfəkkürdən əl çəkmək lazımdır. Ötən əsrin 60/70-ci illərində hər hansı bir dövlət başqa bir dövlətlə müttəfiqlik etməyə başlayanda ya ABŞ, yadaki keçmiş SSRİ rəsmiləri dərhal bu müttəfiqliyi özlərinə qarşı yönəlmiş bir addım kimi dəyərləndirirdilər. Amma indi zaman da, beynəlxalq münasibətlərin fəlsəfəsi də kökündən dəyişib. 2017-ci ilin siyasətçiləri ötən əsrin liderləri kimi düşünərək Rusiya-Türkiyə yaxınlaşmasından qorxuya düşməməli və "nəlbəkidə fırtına" yaratmamalıdırlar”.
Partiya sədri əlavə edib ki, Türkiyə-Rusiya yaxınlaşmasına praqmatik açıdan yanaşmaq lazımdır: “Bu gün bir-birilə münasibətləri getdikcə daha da sıxlaşdırmağa çalışan Türkiyənin və Rusiyanın eyni zamanda Avropa ölkələriylə də, ABŞ-ın özüylə də geniş əlaqələri var. Və bundan sonra hansı ölkələrlə əməkdaşlığı daha da genişləndirməyə də Türkiyə özü qərar verəcək. Türkiyə artıq əvvəlki Türkiyə deyil ki, hansısa ölkənin diqtəsiylə hərəkət etsin”.

Xəbər 3508 dəfə oxunub.




31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO

31.08.2025  14:28 

Məşhur reper intihar edib?

31.08.2025  13:38 

Rusiyada güclü yanğın

31.08.2025  13:29 

Ucarda yaşayış evi yanıb

31.08.2025  13:26 

Sabahın havası açıqlandı

31.08.2025  13:24 

Ərdoğan Si Cinpinlə görüşdü

31.08.2025  01:30 

Günəş Yerə plazma buludu atıb

31.08.2025  00:19 

ABŞ-da güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +