Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb
Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp


24.11.2021  12:18 

Kimlərə amnistiya tətbiq olunmur?





A+  A-

“Amnistiyanın tətbiqi ilə əlaqədar bir sıra məhdudiyyətlər də müəyyən edilib”.

XəzərNews.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

E.Musayevin sözlərinə görə, bu məhdudiyyətlər sırasına xüsusilə ağır cinayətlər, yəni cəza qismində on iki ildən çox azadlıqdan məhrum etmə nəzərdə tutulan əməllər, yaxud əvvəllər ağır cinayətlər, yəni yeddi ildən çox azadlıqdan məhrumetmə ilə cəzalandırılan əməl törədən şəxslər daxildir:

“Bundan başqa, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya tətbiq olunması qadağan edilib.

Beynəlxalq öhdəliklərə uyğun olaraq korrupsiya cinayətlərinə Amnistiya Aktının tətbiqi olduqca məhduddur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə və mülkiyyət əleyhinə olan cinayətləri törədən şəxslərə aktın tətbiqi yalnız məhdud şəkildə qalmış cəzadan azad edilməsi halında mümkündür.

Məhdudiyyətlər sırasında alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən məcburi müalicə təyin olunmuş şəxslərlə bağlı hallar da var”.

Onun sözlərinə görə, bu qəbildən olan şəxslər barəsində 4 ay müddətində amnistiya tətbiq edilməli, lakin həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir.


Xəbər 3438 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +