ABŞ Senatında Trampdan narazılıq artır - The Hill
Hərbçimiz qəzada həlak olub
Maaşımızdan 14% vergi tutulacaq... - Pensiya yığımları azalacaq
Azərbaycanlılar Türkiyədə yol qəzasına düşüb
Müşviqin adından dələduzluq edildi
“Green Card” müraciəti pullu oldu
Uğur istinadımız: Təşəkkürlər, “Qarabağ“!
Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“ın rəhbəri dəyişdi


19.11.2019  14:54 

Əli Əsədov İbrahim Məmmədova vəzifə verdi





A+  A-

Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib.
XəzərNews.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist İbrahim Məmmədov gətirilib.

Qeyd edək ki, keçmiş mətbuat katibi Ayaz Mirzəyev bu gün sözügedən vəzifədən getdiyi haqda açıqlama yaymışdı.

Xatırladaq ki, İbrahim Məmmədov 1964-cü ildə Zərdab rayonunda anadan olub.

O, uzun illər ANS-TV-də işləyib. Daha sonra AzTV-nin sabiq sədri Arif Alışanovun müavini olub. Bu təyinata qədər isə ARB-nin sədr müavini idi.

***

İbrahim Məmmədov da yeni təyinatı ilə bağlı fikirlərini paylaşıb:

"Bu gün Baş Nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm!
Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş Nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram!

Əvvəlki mətbuat xidmətinin rəhbəri, dostum Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayır və əməkdaşlığa ümid edirəm!"

Xəbər 3065 dəfə oxunub.




17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +