Neft oliqarxı Adnan Əhmədzadənin həbs xəbəri yayılıb
Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı


21.09.2019  11:05 

Bakıda daha bir həyət abadlaşdırılıb





A+  A-

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.
XəzərNews.az-a daxil olan məlumata görə, layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, 2-ci massiv ünvanında 1400 nəfər sakinin yaşadığı iki 10 bloklu binanı əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb, 100 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 4 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 160 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Yasamal rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan otuz birinci həyətdir.

Xəbər 2711 dəfə oxunub.




19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +