Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


08.05.2023  14:21 

Abid Şərifov borc içində batır





A+  A-

"Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu yaranıb.

XəzərNews.az Qaynarinfoya istinadən xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 2 303 319.96 AZN-dir.

Ötən il yayılan məlumatlarda "Evrascon” ASC-nin 345 619.85 AZN vergi borcu olduğu bildirilirdi. Bir il ərzində borcun 2 milyona qalxması şirkətin maliyyə böhranı yaşadığına şübhələri artırır.

"Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.

ASC-nin əsl sahibinin isə baş nazirin keçmiş müavini Abid Şərifov olduğu barədə iddialar var. Bir neçə ilə əvvəl mediada Abid Şərifovla bağlı dərc edilən araşdırma yazısında göstərilir ki, baş nazirin keçmiş müavinin həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.

2015-ci ildə Qazaxıstanda "Evrascon” ASC ilə bağlı qalmaqal baş verib. Həmin vaxt dərc edilən məlumatlarda bildirilirdi ki, Qazaxıstanın Almatı Vilayət Məhkəməsi azərbaycanlı fəhlələrin həbsinə başlayıb. Bu məlumatla bağlı Abid Şərifovun mövqeyi öyrənilib. Baş nazirin müavini açıqlamasında deyib ki, şirkətin rəhbəri onun qardaşıdır: "Belə bir hal yoxdur, yalan söhbətdir, cəfəngiyatdır. Bu şirkət 1000-dən çox fəhlə işlədir, azərbaycanlıları xaricə aparıb işlə təmin edir. Təsəvvür edirsiniz, 1000-dən çox fəhləni. Bu şirkətin rəhbəri mənim qardaşımdır”.

Xəbər 2459 dəfə oxunub.




12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +