Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO
Ceyhun Bayramov Marta Kos ilə görüşüb
Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı


16.09.2025  13:43 

“Kitab əvəzinə sertifikat satırlar” – Nigar Köçərli bu qurumu sərt tənqid etdi





A+  A-

“Əli və Nino” Kitab Evinin rəhbəri Nigar Köçərli sosial şəbəkədəki paylaşımında Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzini kəskin tənqid edib.

XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında açıqlama yayan N. Köçərli bildirib ki, mərkəz sahibkarların fəaliyyətinə süni maneələr yaradır, kitab idxalı zamanı əsassız ödənişlər tələb edir. Köçərli misal olaraq, İngiltərədən sifariş etdiyi, dəyəri 1000 manat olan kitablar üçün 1900 manatlıq “sertifikat” haqqı tutulduğunu bildirib. Bundan əlavə, 500 manatlıq bahalı kitablar isə “ekspertiza” adı ilə müsadirə edilib və geri qaytarılmır.

“Müştəri öz kitabını tələb edir, amma mən ona nə deyim? Kitab əvəzinə heç kəsə lazım olmayan sertifikat təqdim etməliyəm?”, – deyə o narazılığını ifadə edib.

Kitab evinin rəhbəri son ay ərzində yalnız bu səbəbdən 2600 manat zərərə düşdüyünü, gömrükdə süni yubanmalara və əlavə saxlama xərclərinə məruz qaldığını vurğulayıb. Onun sözlərinə görə, təkcə “sertifikat” üçün 3100 manat ödəyib, bir çox kitab isə müsadirə olunub.

Nigar Köçərli həmçinin mərkəzin rəhbəri Aris Rüstəmov və digər məsul şəxslərlə görüşdüyünü, kitabların geri qaytarılacağına dair vəd aldığını, lakin daha sonra yenidən get-gələ salındığını açıqlayıb. Hazırda isə yeni gətirilən sifariş üçün əlavə 300 manat və daha bir bahalı kitabın “müsadirəsi” tələb olunur.

O, məsələni ictimailəşdirmək məcburiyyətində qaldığını bildirərək, kitablarının geri qaytarılmasını tələb edib.

Xəbər 2019 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +