Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


21.03.2021  13:29 

Paşinyan Ermənistan MN-in təkzib etdiyi məlumatı təsdiqlədi





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan sabiq baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyanın ölkəsinin Rusiyadan döyüş sursatı ilə təchiz edilməyən “Su-30SM” təyyarələri alması barədə verdiyi açıqlamanı təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Bizi təyyarələri niyə aldıq deyə ittiham edirlər. Bəli, biz təyyarələr almışıq. Və bəli, müharibədən əvvəl raket almağa vaxtımız yox idi. Ancaq siz təyyarələri alardınız, biz də raketləri alardıq”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra istefa verən Movses Akopyan ötən il noyabrın 19-da keçirdiyi mətbuat konfransında Paşinyanın silah alışı ilə bağlı planını dəyişdirdiyini söyləmişdi:

““Su-30SM” qırıcıları aldıq. Su təyyarələrinə ehtiyacımız yox idi. Bu təyyarələr burada sursatsız qalıb. Rusiya hökumətinin qərarına görə, bu qırıcıların döyüş sursatlarının ikinci ölkələrə satılması qadağandır”.

Elə həmin gün Ermənistan Müdafiə Nazirliyi Akopyanın açıqlamalarının nəinki həqiqətə uyğun olmadığını, həm də dövlət sirrini ehtiva etdiyini qeyd edərək təkzib vermişdi. Nazirlik həmçinin “Su-30SM” təyyarələrində silah-sursatın olmaması ilə bağlı iddiaların da yanlış olduğunu açıqlamışdı.

Xəbər 2795 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +