Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


28.03.2018  14:23 

“Qəbələ” İtaliyaya getdi





A+  A-

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası İtaliyada təşkil olunacaq Qallini Dünya kuboku yarışında iştirak edəcək.
XəzərNews.az xəbər verir ki, “qırmızı-qaralar” martın 29-dan aprelin 3-dək davam edəcək turnirə E qrupunda mübarizə aparmaqla start verəcək. Komandamız qrupda “Ankona”, “Liventina” (hər ikisi İtaliya), “Sofiya Sport B” (Bolqarıstan) ilə üz-üzə gələcək.

“Qəbələ” martın 30-da bolqarıstanlılarla, ertəsi gün öncə “Liventina”, ardınca “Ankona” ilə qarşılaşacaq.

“Qırmızı-qaralar” səfərə 18 futbolçu ilə yollanıb. Akademiyanın meneceri Nail Kərimov və baş məşqçisi Halim Fıçıcının rəhbərlik etdiyi nümayəndə heyətində məşqçilər Anar Surxayev və Namiq Əliyev, həmçinin 18 futbolçu - Uğur Əzizli, Eşqin Əhmədov, Murad Musayev, Mirimran Musayev, Sənan Ağalarov, Sənan Kərimov, Elvin Qarayev, Elmir Hüseynli, Bəxtiyar Quliyev, Murad Ələkbərov, Rüfət Bədəlzadə, Məmməd Muradov, Ravil Qafarov, Şahin Şahniyarov, Zöhrab Bayramov, Sadıq Şəfiyev, Okan Təhməzli, Hüseynağa Səlimov yer alıb.

Xəbər 3321 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +