Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


02.09.2025  16:26 

“Azərkosmos“ 32,25 milyon manat zərər edib





A+  A-

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 2024-cü ili 32,25 milyon manat zərərlə başa vurub.

XəzərNews.az agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,8 % azdır.

Bununla belə, "Azərkosmos"un yığılmış zərəri 9,3 % artaraq 379,574 milyon manata çatıb.

Ötən il "Azərkosmos"un göstərdiyi xidmətdən gəlirləri 37,694 milyon manat (əvvəlki ilə nisbətən 8,5 % az), xidmətinin maya dəyəri 38,151 milyon manat (6,5 % az), ümumi və inzibati xərcləri 22,447 milyon manat (34,8 % az), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəlirləri 112 min manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 12,742 milyon manat (19,6 % az), maliyyə gəlirləri 6,418 milyon manat (7,3 % az), xarici valyuta gəlirləri 1,428 milyon manat (əvvəlki il zərər olub), digər xərcləri isə 4,562 milyon manat (44,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərkosmos"un aktivləri 502,675 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 15,5 % azalaraq 264,825 milyon manata düşüb, balans kapitalı isə 21,9 % artaraq 237,85 milyon manata, o cümlədən nizamnamə kapitalı 60,2 % artaraq 473,606 milyon manata çatıb.

Xatırladaq ki, Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.

Xəbər 1455 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +