Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


28.08.2025  17:01 

Nəqliyyatda tələbələrə güzəşt edilsin - Deputat





A+  A-

“Düşünürəm ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da nəqliyyatda tələbələrlə bağlı müəyyən güzəştlər nəzərdə tutula bilər”.

XəzərNews.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, təkcə Gürcüstanda, Türkiyədə deyil, dünyanın hər yerində bu cür güzəştlər var:

“Söhbət aylıq, illik gediş haqqı sistemindən gedir. Hesab edirəm ki, tələbələrə də müəyyən güzəştlər edilməsinə baxa bilərik. Baxın, bir ailədə 2-3 tələbə varsa, bunlar həm təhsil haqqı verirlər, yataqxanaya pul verirlər, yeməyə verirlər. Ümumiyyətlə bir neçə tələbəni oxutmaq valideyn üçün çox çətindir. Təkcə yataqxana və yemək deyil, digər məsələlər də var. Kirayə də yüksəkdir. Üstünə nəqliyyat xərcləri də gələndə, bu, böyük bir vəsait olur.

Bu istiqamətdə müəyyən addımlar atmalıyıq. Cüzi də olsa güzəşt oluna bilər. Son yayılan informasiyalardan görünür ki, Elm və Təhsil Nazirliyi müəyyən addımlar atmağa hazırlaşır. Hesab edirəm ki, bu addımları sürətləndirməliyik”.

Xəbər 2689 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +