Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


21.08.2025  17:55 

“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan internetində qısa müddətlik problemlər müşahidə olundu. İstifadəçilər internet bağlantısında və müxtəlif resurslara çıxışda çətinliklərlə üzləşdilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, bu problemlər ölkənin əsas magistral internet provayderlərindən biri olan “Delta Telekom”a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində yaranıb. Nazirlik bildirir ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər backbone operatorlara – “Azertelecom” və “Aztelecom” şəbəkələrinə yönləndirilib.

XəzərNews.az xəbər verir ki, məsləyə münasibət bildirən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanın qlobal internetə çıxışını təmin edən bir neçə backbone operatorunun mövcudluğu bu cür kritik vəziyyətlərdə itkilərin minimuma endirilməsinə və xidmətlərin sürətlə bərpasına şərait yaradır:

“Bu, rəqabətin və alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi. Amma əsas sual budur: ölkənin ən iri magistral operatoruna, dövlət qurumları və kritik infrastrukturu internetlə təmin edən “Delta Telekom”a hücum haradan və nə məqsədlə qaynaqlana bilərdi?

Mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir. Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir.

Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəni müəyyən risklər qarşısında qoyur”.

O.Gündüz əlavə edib ki, bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir:

“Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür.

Kommunikasiyalar, internet alternativliyi sevir.

Buna görə də, alternativlərin, Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının yaradılması Azərbaycanın informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”.


Xəbər 1264 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +