Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı


09.09.2025  17:00 

Məhkəmə Şahin Şıxlinskinin oğlunun həbs müddətini uzatdı





A+  A-

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinskinin həbs qətimkan tədbirini uzadılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

"Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Şıxlinski Mütvəli Şahin oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətini təmin edib. İbtidai istintaq orqanları onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edir", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir.

Xəbər 1432 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +