Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


14.03.2023  15:57 

Deputat BDU rektorunu tənqid etdi





A+  A-

“Bu gün təhsilimizin qarşısında çox mühüm vəzifələr durur və bu vəzifələrin icrası üçün hamımız çox ciddi məsuliyyət daşıyırıq. Belə olan halda, Bakı Dövlət Universitetinin də üzərinə böyük məsuliyyət düşür. BDU Azərbaycanın ilk ən qədim universitetlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. Mən də izləyirəm, BDU-nun rektorunun "reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır" açıqlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hesab edirəm ki, bu cür açıqlamalarda hər kəs diqqətli olmalıdır. Reytinqlərdən geri qalmağımızın digər universitetlərin sürətli inkişafı ilə əlaqələndirilməsi düzgün yanaşma deyil. Qocaman bir universitetin rektoru belə fikir bildirməməli, bu kimi ifadələri səsləndirərkən daha diqqətli olmalı idi. Çünki cəmiyyətimizin BDU-dan gözləntiləri böyükdür”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat təəssüflə qeyd edib ki, bu gün Bakı Dövlət Universiteti özünün tənəzzül dövrünü yaşayır: “BDU Azərbaycan cəmiyyətinin ümidlərini, azularını tam doğrultmur. Bu universitetin inkişafında, təhsilinin keyfiyyətində və məzmununda ciddi dəyişikliklər görmürük. Düşünürəm ki, ictimaiyyətin narazılığının səbəblərindən biri də budur. Universitetlərimiz daha çox çalışmalı, səy göstərməlidirlər. Rektorlarımızın baxışı, yanaşması daha sağlam, düzgün olmalıdır. Məsələyə bu cür baxışla, belə yanaşma ilə universitetlərimizi inkişaf etdirə bilmərik. Qarşımıza daha böyük hədəflər, məqsədlər qoymalıyıq. Bunu bütün universitetlər barəsində demirəm, amma təhsilimizin, bəzi universitetlərimizin bu səviyyədə olmasının elə əsas günahkarlarından biri də həmin universitetlərin rektorlarının təhsilimizə yanaşması, baxışıdır. Çox səy göstərməli, çalışmalıyıq ki, təhsilimizin keyfiyyətini, məzmununu, mahiyyətini dəyişək, qarşıya qoyduğumuz hədəf və məqsədlərimizə nail olaq”.

Xəbər 2516 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +