Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


01.09.2022  11:06 

Bu Agentlik sabiq məmur oğlundan 750 min manata ofis icarəyə götürür





A+  A-

“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

XəzərNews.az yeniavaz.com-a istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin ofis sahəsini icarəyə götürmək məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Macaz Construction” MMC (VÖEN - 1302101451) olub.

Məşğulluq Agentliyi ümumi sahəsi 2000-2300 kv. metr olacaq ofis sahəsini 24 ay müddətində icarəyə götürəcək və qalib şirkətə 743 min 853 manat 12 qəpik vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, “Macaz Construction” MMC 18.11.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yadsamal rayonu, Zahid xəlilov, ev 16A, Məhəllə 523, m. 21-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov Rəşid Aslan oğludur.

Qeyd edək ki, “Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir. Şirkət Akim Bədəlovun oğlu Aqşin Bədəlov tərəfindən təsis olunub.
Aqşin Bədəlov eyni zamanda “Macaz” MMC-nin (VÖEN -2001674501) də yeganə təsisçisi olub. Bundan başqa Aqşin Bədəlov Gürcüstanda “Macaz-Georgia” adlı şirkət də təsis edib. Sabiq Agentlik rəhbərinin oğlu bugünə kimi çoxsaylı tenderlərin qalibi olub.

Onu da bildirək ki, Akim Bədəlovun ailə üzvlərinə məxsus şirkətlərdən biri də “Azgüntex” MMC-dir (VÖEN – 1701151861). Hazırda bu şirkətin dövlət büdcəsinə 38 min manatdan çox vergi borcu var. Ötən il vergi borcuna görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Azgüntex” MMC-ni məhkəməyə də verib.


Xəbər 3061 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +