“Azərişıq”dan narazılıq-Bəzi xidmətləri işləmir
Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
Sabiq icra başçısının oteli 236 milyona satılır
41 yaşlı mühafizəçi 15 yaşlı məktəbli ilə intim münasibətdə olub
Yasamaldakı bu məktəb müəllimlərə təmir etdirilir? - Video
Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb
Camaat ət ala bilmir, çox bahadır - Video
Polis İdarəsinə basqına görə 27 nəfər saxlanılıb
Ukraynanın keçmiş xarici işlər naziri ölkəni niyə tərk edib?
İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi


04.04.2018  12:45 

Sürücülük vəsiqələrimizin QÜSURU





A+  A-

106.3 radiosundakı “Avtostop” verilişinin aparıcısı Tural Yusifovun milli sürücülük vəsiqələrimizin xarici ölkələrdə tanınmaması ilə bağlı yazdığı məqalə müzakirə mövzusuna çevrilib.
XəzərNews.az xəbər verir ki, tanınmış ekspert Ərşad Hüseynov məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Ə.Hüseynov deyib ki, bu, son 10 ildə dəfələrlə toxunulan və həllini tapmayan məsələdir:

“Problem çox sadədir. Bizim vəsiqələrdə 2 qüsur var. Birincisi, “Yol hərəkəti haqqında" 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır”.

Ekspert deyib ki, problem Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyada verilməsindən sonra meydana çıxıb:

“İkincisi, Konvensiyanın 6 saylı əlavəsi 2004-cü ildə yeni redaksiyada verilib və həmin yeni redaksiya 2011-ci ildə qüvvəyə minib. Yeni redaksiyada vəsiqədə məlumatların bəndlər üzrə sıralanması da bizim vəsiqələrdə pozulub. Həmin sıralamanın pozulması da vəsiqələrimizi xarici ölkələrdə yararsız hesab edir.

Düzdür, bəzi ölkələrdə bunun fərqinə xüsusi varmırlar. Amma elə ölkələr var ki, orada qanunvericiliyin bir hərfində də güzəşt etmirlər, ona görə də bizim vətəndaşlar problemlə üzləşirlər.

Ən ciddi problem bizim vəsiqəmizi xarici ölkədə yerli vəsiqəyə dəyişəndə yaranır. Yolda xidmət edən polis qeyd etdiyim uyğunsuzluqları əhəmiyyətsiz saysa da, həmin ölkənin vəsiqə verən məmuru Konvensiya ilə uyğunsuzluğu görür və dəyişməkdən imtina edir.

Bəzi ölkələrdə isə avtomobil icarəyə verənlər bizim vəsiqəni yaxına buraxmırlar. Onlar isə adətən sığortadan qorxurlar, çünki belə vəsiqə ilə sürən adam qəza törədəndə sığorta şirkəti bizim vəsiqənin həmin uyğunsuzluğunu rəhbər tutub deyir ki, buna niyə avtomobil vermisiniz, ödəniş etmirəm

Bu problemi düzəltmək isə çox sadədir. Hazırda verilən vəsiqələrin blankını (şablonunu) Konvensiyay uyğunlaşdırıb, camaata normal vəsiqə verilməlidir. Özü də "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinin VIII hissəsinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir”.

Xəbər 3093 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü


BÜTÜN XƏBƏRLƏR +