Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


22.11.2017  10:48 

DİN Bakıda əməliyyat keçirdi





A+  A-

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə odlu silah-sursatın və narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xətai rayon sakini Zülfüqar Cəfərovda odlu silah-sursat olduğu barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs qismində saxlanılaraq Baş İdarəyə gətirilib.

Z.Cəfərovun üzərinə baxış zamanı ondan “Beretta” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Belə ki, paytaxt sakini Ziya Ağayev 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı Nizami rayonu ərazisində 6000 manata satmaq istəyən zaman polis tərəfindən tutulub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 3068 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +