Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


07.06.2017  12:56 

Polis qayda pozan avtobuslara niyə göz yumur?





A+  A-

Bəzən paytaxt küçələrində avtobus sürücülərinin yol-hərəkət qaydalarını kobud şəkildə pozduğunun şahidi oluruq. Belə avtobus sürücüləri heç bir qaydalara riayət etməyərək, həm özünün, həm avtobusdakı sərnişinlərin, həm də digər yol-hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.
Maraqlıdır ki, yol polisi əməkdaşları da belə hallara göz yumurlar. Qoşa xətti tapdayan, manevretmə, ötmə qaydalarını pozan, dönmə işıqlarını yandırmayan, dayanacaqdan kənarda saxlayıb sərnişin götürən, hərəkətdə ikən mobil telefonla danışan avtobuslara sanki kimlərsə göstəriş verib ki, öz bildiyiniz edin...
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə deyilənlərlə razılaşmayıb. Onun sözlərinə görə, idarə edilən nəqliyyat vasitəsinin növündən, markasından, tipindən və kimin idarə etməsindən asılı olmayaraq yol hərəkəti haqqında qanunun tələblərinin pozulması müşahidə edilirsə, nəqliyyat vasitəsi saxlanılır və qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

“Sərnişindaşımada iştirak edən sürücülər başqalarından fərqli olaraq, daha yüksək nizam-intizam nümayiş etdirməli və öz hərəkəti ilə sürücü mədəniyyəti formalaşmasına təsir göstərməlidir. Bu sahədə sürücülər yol polisinin inzibati cəza metodlarından istifadə edib-etməməsindən asılı olmayaraq, intizamlı olmalıdırlar. Amma bəzi ərazilərdə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu müşahidə edilir. Belə sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Avtobus sürücüləri tərəfindən ən çox yol hərəkətinin dayanma-durma qaydası pozulur. Bunun da bir çox səbəbləri var. Taksi sürücülərinin avtobus dayanacaqlarında dayanması və yaxud sərnişinlərin dayanacaqlardan kənarda avtobuslara minmək istəməsi belə qayda pozuntularına yol açır. Ümumiyyətlə, şəhər daxilində avtobusların idarə olunmasında müsbət göstəricilər əldə edilib. Amma yenə də biz nəzarət edirik ki, sürücülər qaydaları pozmasın, yol-qəza hadisələri baş verməsin.
Yol polisi əməkdaşlarının olmadığı yerlərdə qayda pozuntuları texniki vasitələrin köməyi ilə qeydə alınır və cərimə kağızları sürücünün ünvanına göndərilir. Qayda pozan heç bir sürücüyə güzəşt edilmir”.

(modern.az)

Xəbər 3210 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +