Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda


23.12.2024  16:01 

“Nar” və “NETTY” rəqəmsal təşəbbüslərini mükafatlandırdı -Fotolar





A+  A-

Bu il də sərfəli qiymətləri ilə abunəçilərinə ən yaxın olan mobil operator “Nar” və Milli İnternet Mükafatı “Netty” internetin Azərbaycan seqmentində həyata keçirilən rəqəmsal təşəbbüsləri mükafatlandırdı. Elm, maliyyə, innovasiya, səhiyyə, turizm, kimi geniş spektri əhatə edən müsabiqədə 200-dən çox layihə 9 nominasiya və 27 alt nominasiya üzrə qeydiyyatdan keçmişdi

Finalçılar həm “Netty” ekspertlərinin, həm də internet istifadəçilərinin onlayn səsverməsi əsasında müəyyən edildi. Mükafata namizədlərin və ekspertlərin, eləcə də tanınmış simaların iştirak etdiyi mükafatanlandırma mərasimində 21 qalib layihə bəlli oldu. Qalib layihələr haqqında ətraflı məlumatı netty.az səhifəsindən öyrənə bilərsiniz.

Qeyd edək ki, hər il “Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “NETTY” Milli İnternet Mükafatı 20 ildir ki, internetin Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil və maarif istiqamətinə uyğun olaraq həyata keçirilir. “Nar”ın KSM layihələri haqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.







Xəbər 5890 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +