Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


06.08.2021  19:23 

“Onunla görüşmürəm, buna layiq deyil” - Rafael Ağayev





A+  A-

“Hər şeyi xalq gördü. Hakimlərin qərarlarına da camaat şahidlik etdi”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarında gümüş medal qazanan Rafael Ağayev deyib.

O, Yaponiyaya qızıl medal dalınca gəldiyini bildirib: “Mən bura başqa idmançılar kimi dincəlməyə gəlməmişdim. Məqsədim birinci olmaq idi. Bəziləri turist kimi gəlir buralara, lakin mən yox”.

Ağayev finalda uduzduğu italyan rəqibi Luici Buza ilə mükafatlandırmadan sonra görüşməməsinə toxunub: “Mən hər kəsə salam verirəm, düşmənim də olsa. Çox şeylər var ki, danışmaq istəmirəm. Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…O qrupda qalırdı və mən ona yardım etdim. Vurduğum zərbəni hakimlər saysaydı, başqa cür olardı. Xal üçün 5 hakimdən 4-ü xal açmalıdır, belə də olmuşdu. Amma qərar fərqli verildi. Onunla görüşmürəm, çünki buna layiq deyil. Dünyanın bir nömrəsi özüməm”.

Xəbər 4269 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +