“Qarabağ” tarix yazdı
“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb


12.09.2025  21:46 

Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?





A+  A-

Son illərdə Azərbaycanın balıq bazarında diqqətçəkən məqamlardan biri də idxal məhsullarının yerli balıqlarla müqayisədə qiymət fərqidir.

Rusiya və İrandan gətirilən balıqlar daha ucuz satıldığı halda, Xəzər dənizindən tutulan yerli balıqlar nisbətən baha qiymətə təklif olunur.

Bəs qiymət fərqinin səbəbi nədir? Xəzərdə balıq ehtiyatlarının azalması, yoxsa başqa amillər?

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, həm Rusiya, həm də İrandan gətirilən balıqların əksəriyyəti akvakultura istehsalıdır və ovlanmış balıqlar deyil:

"Satşa çıxarılan balıqların növlərıindən görünür ki, bunlar əsasən farel və qızılbalıqlardır. Bunlar əksəriyyəti ovlanmış balıqlar deyil, akvakultura balıqlarıdır. Yəni oradan gələnlər də eyni təsərrüfatda yetişdirilmiş balıqlardır.

Hazırda Azərbaycanda yerli istehsalı artırmaq kimi planlar var. Bunun üçün müəyyən dövlət mexanizmləri düşünülüb. Vergidən azad olmaq, subsidiyaların verilməsi kimi dəstək proqramları reallaşacaq ki, yerli fermerlərimizin istehsal etdiyi məhsulların bazar rəqabətliliyi olsun".

Mərkəz direktoru əlavə dib ki, həm Rusiya, həm də İranda akvakulturada istifadə olunan xammal – yəni balıq yeminin maya dəyəri daha aşağıdır: "Çünki onların əksəriyyəti dəniz ölkələridir və xammal kimi balıq sümüyü və yağı digər isti dənizlərdən və yaxud da Rusiyanın ətrafındakı Atlantik okeanından tutulmuş böyük həcmli balıqlardan istifadə edirlər. Bu xammallar isə daha ucuzdur.

Hazırda dövlətimiz bu sahədə müəyyən işlər görür. Balıq və digər heyvan yemləri idxalda gömrük rüsumundan azaddır. Bu da həmin məhsulları Azərbaycan fermerlər üçün əlçatan etmək məqsədi daşıyır. Azərbaycanda akvakulturanın dəstəklənməsi planlaşdırılıb ki, yerli fermerlərimizin istehsal etdiyi məhsulların bazar rəqabəti olsun".//Qaynarİnfo.az

Xəbər 1503 dəfə oxunub.




17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +