Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


26.07.2023  12:51 

İmam Hüseynin (ə) neçə oğlu olub?





A+  A-

İslam mənbələrindəki məlumatları araşdırarkən aydın olur ki, İmam Hüseynin (ə) 4 oğul övladı olmuşdur. Bunlardan biri Kərbəlada döyüşərək qəhrəmanlıqla şəhid olmuş Əli Əkbərdir.

Şəhid olarkən yaşı 30-dan artıq imiş və İmamın (ə) övladları içində yaşca ən böyük olduğuna görə bu adı daşımışdır (böyük Əli). Lakin yanlış olaraq xalq içində onun 18 yaşında şəhid olmasına inam var. Əli Əkbərin anası Ümmi-Leyla Səqəfiyyə adlı xanımdır.

O biri oğul dördüncü imam Əli Zeynülabidin Səccaddır (ə), Aşura günündə təxminən 24 yaşı vardı. Yaşca ortancıl olduğuna görə ona “Əli Ovsət” (ortancıl Əli) demişlər. Anası sonuncu Sasani şahının nəvəsi Şəhrbanu xanımdır.

Üçüncü oğul Aşura günündə İmam Hüseynin (ə) qucağında oxla vurulub şəhid edilmiş südəmər körpədir. Onun əsil adının Abdullah, ləqəbinin isə Əli Əsğər (yəni kiçik Əli) olduğunu yazmışlar. Anası Rübab adlı xanımdır.

İmam Hüseynin (ə) Cəfər adlı daha bir oğlunun olduğunu, amma İmamın (ə) sağlığında, kiçik yaşlarında dünyasını dəyişdiyini yazırlar.

Mənbə: https://islam.az

Xəbər 7414 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +