Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


06.10.2025  15:38 

Ukraynalı hərbçi səngərdə uşaq dünyaya gətirdi - Foto





A+  A-

Ukraynada döyüşlərin davam etdiyi bir vaxtda sevinc və həyatın yeni nəfəsi ilə dolu xəbər yayılıb. Belə ki, 46 yaşlı hərbçi Olena Bilozerska ilk dəfə ana olub.

XəzərNews.az xəbər verir ki, o, bu barədə oktyabrın 6-da Facebook səhifəsində paylaşım edib.

“Müharibə zamanı, 46 yaşımda ilk övlad sahibi olmağa qərar verdim. Kiçik oğlum Paşenka dünyaya gəlib. 700 qram, 54 santimetr”, – deyə Bilozerska yazıb.

Cəbhənin səngərlərində igidliyi ilə tanınan Olena, bu dəfə həyat səngərində qalib gəlib. O, körpəsinin atasının adını açıqlamayıb, hamiləliyini də gizli saxlayıb, görünür, həm təhlükəsizlik, həm də şəxsi qərarına hörmətlə...

2014-cü ildən Ukrayna Könüllülər Korpusunun “Sağ sektor” tərkibində mübarizə aparan Bilozerska daha sonra Ukrayna Silahlı Qüvvələrində zabit kimi xidmət edib. O, döyüş cəsarətinə görə 3-cü dərəcəli “İgidliyə görə” ordeni ilə təltif olunub.

Bu dəfə isə Olena başqa bir cəsarət nümunəsi göstərib — müharibənin qaranlığı fonunda yeni bir həyat dünyaya gətirib.

Ukrayna cəmiyyətində onun bu addımı həm ümidin, həm də həyatın müharibəni belə məğlub edə biləcəyinin simvoluna çevrilib.



Xəbər 2166 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +